Müftidən keçiriləcək şeyx seçkiləri ilə bağlı AÇIQLAMA
12.11.2023 14:12
1508
Din
A
Müftidən keçiriləcək şeyx seçkiləri ilə bağlı AÇIQLAMA

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Şərqi-Gürcüstan müftisi Etibar Eminov 1 dekabr tarixində keçiriləcək şeyx seçkilərinə münasibət bildirib.

Aktual.ge xəbər portalının əməkdaşı ilə həmsöhbət olan müfti bildirib ki, şeyx seçiləcək rühaninin kimliyindən aslı olmayaraq əməkdaşlıq edəcəyik.

Din xadimi sözlərinə belə davam edib:

"Mən Hacı Faiq Nəbiyevi, Hacı Qurban Murquzovu və Vidadi Qurbanov qardaşlarımı yaxından tanıyıram, hər biri dinini sevən, elmli, dini və xalqı üçün fədakardır. Biz namizədlərin hər birinə uğurlar arzulayırıq və şeyx seçiləcək qardaşla da əməkdaşlıq edəcəyik. Hər şeydən əvvəl bizim dinimizdir, hər üç qardaşda illərdir İslam dininin təblği üçün çalışırlar. Mən bir daha namizədlərə uğurlar arzulayıram" , - deyən Etibar Eminov şeyx Hacı Ramin İgidova GMİ-də İslam dininin təbliği və fəaliyyəti üçün göstərdiyi səylərə görə təşəkkür edib, gələcək işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, 1 dekabr tarixində Gürcüstanda şeyx seçkiləri keçiriləcək.

ŞƏRH YAZ
8