Quldurluq hadisəsi baş verib: Ailəyə fiziki təzyiq göstərilib, pul və qızıl aparılıb
13.11.2023 10:59
1447
Kriminal
A
Quldurluq hadisəsi baş verib: Ailəyə fiziki təzyiq göstərilib, pul və qızıl aparılıb

Xobi Bələdiyyəsinin Çaladid kəndində quldurluq hadisəsi baş verib.

Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, bir neçə silahlı və maskalı şəxs Saralidze ailəsinə hücum edərək pul və qızıl tələb ediblər.

Məlumata əsasən, hücum edənlər ailə üzvlərini təpikləyərək onlara fiziki təzyiq göstəriblər. 500 lariyə qədər pul və qızıl götürüblər.

Cinayət hadisəsi noyabrın 10-da gecə saatlarında baş verib.

Faktla bağlı istintaq davam edir.

 

ŞƏRH YAZ
8