
Milli Ətraf Mühit Agentliyi 13-15 noyabrda Gürcüstanda gözlənilən hava proqnozunu açıqlayıb.
Aktual.ge xəbər verir ki, noyabrın 14-də Qərbi Gürcüstanın əksər bölgələrində və Şərqi Gürcüstanın bəzi rayonlarında yağıntılı hava şəraitinin gözlənildiyi bildirilib.
Noyabrın 15-də hava şəraiti yenidən yağmursuz keçəcəyi qeyd olunub.
Paytaxt Tbilisidə havanın yağmur keçəcəyi bildirilərək, temperaturunun gün ərzində +19, +21 dərəcə isti olacağı gözlənilir.
Sahil rayonlarında - Batumi, Kobuleti, Anaklia, və Potidə noyabrın 14-də yağış yağacaq, külək güclənəcək. Noyabrın 15-də hava şəraiti yenidən yağmursuz keçəcək. Havanın temperaturunun gün ərzində +19, +21 dərəcə isti olacağı gözlənilir.
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Sxinvalidə noyabrın 14-də gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Noyabrın 15-də hava şəraiti yenidən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.