
Kateqoriyalar
Gürcüstanın “Georgian Airways” aviaşirkəti Tbilisi-Mahaçakala-Tbilisi istiqamətində uçuşlara başlayacaq.
Aktual.ge "Exo Kavkaza" istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya şəhər hava limanının rəsmi saytında yer alıb.
Qeyd olunub ki, reyslər həftədə üç dəfə - noyabrın 23-dən martın 30-dək çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək.
Şirkət və Rusiya rəsmiləri hələlik bu məsələ ilə bağlı açıqlama verməyiblər.