Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi olan Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları Baş Prokurorluqla birlikdə hakimin hökmü əsasında Tbilisi, Acara, Quriya, Sameqrelo və Şida Kartlidə 18 nəfəri saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə Mərkəzi Kriminal Polis İdarəsinin rəisi Teymuraz Kupatadze məlumat verib.
Daxili İşlər Nazirliyində keçirilən brifinqdə o, məlumat verib ki, polis təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərinə baxış keçirərək sübut kimi odlu silahlar, ağızlıqlar, patronlar, narkotik vasitə olan “marixuana”, pul, bir-biri ilə və xaricdə əlaqə saxlamaq üçün istifadə etdikləri kompüter avadanlıqları və "Qanuni oğrularla" əlaqə saxladıqları mobil telefonları müsadirə edib.
Saxlanılan şəxsləri 15 ilə qədər həbs cəzasının gözlədiyi bildirilib.
"Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən aparılan intensiv araşdırmalar, o cümlədən hakimin hökmü əsasında həyata keçirilən gizli istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər vətəndaşlar arasında yaranan maliyyə mübahisələrini həll etmək və onları almaq məqsədilə xaricdəki “qanuni oğru”larla əlaqə saxlayıblar. “Qanuni oğrular” Ruslan Geqeçkor, Tengiz Xoferiya, Ceyran Kintsuraşvili, Revaz Mliladze (“Pitkina” ləqəbli) və Paata Bakradzenin göstərişi ilə qondarma "məhkəmə" qurub tərəflərin mübahisəli məsələlərini müzakirə ediblər.
Şübhəlilər müxtəlif vaxtlarda və yerlərdə "qanuni oğruların" adət-ənənələrinə uyğun olaraq, qərarlar çıxarıblar və mübahisə edən tərəflərdən biri digərinə müəyyən məbləğdə pul ödəməyə, eləcə də öz mənfəətinə ödəməyə məcbur edilib. Əgər “qanuni oğrular”ın göstərişinə tabe olmasalar, onlara həm sözlü, həm də fiziki təzyiqlər edilib" , - deyə Teymuraz Kupatadze bildirib.