Güclü qar yağması səbəbi ilə Gürcüstanın bu hissələrində nəqliyyatın hərəkəti qadağandır
17.11.2023 18:52
1302
Maraqlı
A
Güclü qar yağması səbəbi ilə Gürcüstanın bu hissələrində nəqliyyatın hərəkəti qadağandır

Çoxatauri-Baxmaro və Ozurqeti-Şekadini-Bjuzhesi-Qomismta yollarının bəzi hissələrində nəqliyyatın hərəkəti qadağandır.

Akrual.ge xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamentindən bildirilib.

Güclü qar yağması ilə əlaqədar Çoxatauri-Baxmaro avtomobil yolunun daxili dövlət əhəmiyyətli, 34-km 53 km (Çxakaura-Baxmaro) hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Avtomobil yolunun km1-km33 (Çoxatauri-Çxakaura) hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.

Həmçinin, güclü qar yağması ilə əlaqədar Ozurqeti-Şekadni-Bjuzhesi-Qomismta avtomobil yolunun daxili əhəmiyyətli hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Magistral yolunun km1-km12 hissəsində nəqliyyatın hərəkəti sərbəstdir”, - deyə məlumatda bildirilir

ŞƏRH YAZ
1