Həftə sonu hava şəraiti necə olacaq? - RƏSMİ
18.11.2023 00:11
699
Maraqlı
A
Həftə sonu hava şəraiti necə olacaq? - RƏSMİ

Həftəsonu 18-19 noyabr Gürcüstanda havanın necə olacağı barədə rəsmi proqnoz verilib.

Aktual.ge xəbər verir ki, Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyin proqnozuna görə: noyabrın 18-19-da Qərbi Gürcüstanda hava nisbətən quru və isti olacaq, İmeretinin yuxarı hissəsində güclü şərq küləyi əsəcək və Kolxeti düzənliklərində küləkli hava şəraiti olacaq.

Paytaxt Tbilisidə noyabrın 18-19-da hava yağmursuz keçəcək. Havanın temperaturunun gün ərzində +13, +15 dərəcə isti olacağı gözlənilir.

Sahil rayonlarında Batumi, Kobuleti, Anaklia və Potidə 18-19 noyabrda hava günəşli olacaq, +17, +22 dərəcəyə qədər isti olacaq.

Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Sxinvalidə gün ərzində havanın temperaturu +10, +15 dərəcə təşkil edəcək. 

ŞƏRH YAZ
4