Parlamentin müsəlman deputatı siyasi Partiya qurub
18.11.2023 19:03
948
Siyasət
A
Parlamentin müsəlman deputatı siyasi Partiya qurub

Parlamentin müstəqil üzvü Tariyel Nakaidze siyasi partiya qurub.

Bununla bağlı Aktual.ge xəbər portalına siyasətçi eksklüziv açıqlama verib.

Bildirib ki, partiyanın adı "Gürcüstan üçün regionlar"dır.

O, partiyanın ilk qurultayının və təqdimatının 19 noyabr tarixində Tbilisidə "Expo Georgia" da keçiriləcəyini bəyan edib.

"Ölkədəki siyasi xaos və qütbləşmə şəraitində siyasi prosesləri təkmilləşdirmək üçün bizə daha bir yeni partiya lazımdır. Əhalinin böyük hissəsi nə iqtidar komandasını bəyənir, nə də müxalifət partiyalarına etibar edir. Əhalinin belə bir partiyaya ehtiyacı var" , - deyə o, qeyd edib.

Tariyel Nakaidze partiyanın siyasi məqsədlərinidə açıqlayıb:

"Biz öz vətəndaşlıq məsuliyyətimizi nəzərə alaraq, öz təmsilçiliyi ilə çoxşaxəli partiyalardan birini 'Gürcüstan üçün regionlar' partiyasını yaratmağa qərar verdik. Partiyamızın məqsədi ölkənin və cəmiyyətin maraqlarını təmsil etmək və qorumaq olan; Qanunun aliliyinə, Avropa dəyərlərinə əsaslanan hüquqi dövlət quruculuğu, hamılıqla tanınmış insan hüquq və azadlıqlarının müdafiəsi üçün hüquqi və institusional təminatların yaradılmasına, Gürcüstanda yaşayan azlıqların siyasi fəaliyyətə cəlb edilməsi, onların hüquqlarının müdafiəsi və həyata keçirilməsinin təmin edilməsi, ümumi təşviq güclü vətəndaş cəmiyyətinin inkişafıdır".

Məlumat üçün bildirək ki, Tariyel Nakaidze əslən Adjara bölgəsinin Xulo Bələdiyyə sakinidir. O, 2020-ci ildə Parlamentdə "Avropalı Gürcüstan" partiyasının proporsional siyahısı ilə daxil olub, sonra partiyanı tərk edib müstəqil fəaliyyət göstərib. 1976-cı il təvəllüdlü siyasətçi Türkiyə Qazi Dövlət Universitetinin ərəb dili və ədəbiyyatı fakultəsindən məzun olub.

ŞƏRH YAZ
5