Dmanisidə qətlə yetirilən 18 yaşlı gəncin anası fəryad edir- FOTO
19.11.2023 00:33
1565
Kriminal
A
Dmanisidə qətlə yetirilən 18 yaşlı gəncin anası fəryad edir- FOTO

Dmanisdə öldürülən 18 yaşlı gəncin ailəsi qarşıdurma zamanı gəncin öldürülməsində 3 nəfərin iştirak etdiyini iddia edir və onların cəzalandırılmasını tələb edirlər.

Aktual.ge xəbər verir ki, ailə bu barədə jurnalistlərə müsahibələrində bildirib.

"Oğlumun qətlində iştirak edən hər kəsin cəzalandırılmasını xahiş edirəm, ömürlərinin qalan hissəsini həbsxanada keçirsinlər. 3 oğlan evdən oğlumu aldadaraq çağırdılar. Həbs olunan şəxsin anası oğlunun oğlumu öldürəcəyini bilirdi. Niyə indiyə qədər başqaları həbs olunmayıb" ,- deyə qətlə yetirilən 18 yaşlı oğlanın anası söyləyib.

Qeyd edək ki, Rustavi məhkəməsi təqsirləndirilən 15 yaşlı yeniyetməyə iki aylıq həbs qətimkan tədbiri seçib. Vəkilin sözlərinə görə, o, qəsdən adam öldürməyi boynuna almır və zəruri dəf çərçivəsində hərəkət etdiyini deyir, prokurorluq isə bununla razılaşmayıb. Hüquq müdafiəçisinin sözlərinə görə, himayəsində olan şəxs zorakılığın qurbanı olub.

Proses başa çatdıqdan sonra prokuror deyib ki, qətldə başqa heç bir şəxs iştirak etməyib.  

Xatırladaq ki, Dmanisinin Hamamlı kəndindı qətl hadisəsi noyabrın 15-də baş verib. İstintaqla müəyyən edilib ki, 15 yaşlı azyaşlı kənd sakini 18 yaşlı oğlanı soyuq silahla bıçaqlayaraq qətlə yetirib. Aldığı xəsarətlər nəticəsində o, yerindəcə keçinib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları azyaşlı noyabrın 16-da saxlayıblar. DİN-dən bildirilib ki, saxlanılan şəxsi 10 ildən 15 ilədək həbs cəzası gözləyir.

Qətlə yetirilən gənc 18 noyabr tarixində Hamamlı kəndində torpağa tapşırılıb.

ŞƏRH YAZ
6