Aytacın anası intihara cəhd edib - DETALLARI VƏKİLİ AÇIQLADI
20.11.2023 00:36
1433
Siyasət
A
Aytacın anası intihara cəhd edib - DETALLARI VƏKİLİ AÇIQLADI

14 Yaşlı mərhum Aytac Şahmarovanın anası Yeganə Məhərrəmova həbsxanada intihara cəhd edib.

Bu barədə Aktual.ge xəbər portalına 36 yaşlı Yeganə Məhərrəmovanın vəkili Əli Bədirov məlumat verib.

Onun sözlərinə görə, orta yaşlı qadın özünə elektrik kabeli ilə öldürmək istəyib.

"Qızının qəbrini ziyarət edəmmədiynə görə, Yeganə Məhərrəmova həbsxanada özünü elektrik cərəyanı ilə vurmağa cəhd edib. Bunu cəzaçəkmə müəssisəsinin işcilər görüb və ona müdaxilə ediblər, daha sonra isə onun qaldığı hüceyrənin elektrik xəttini kəsiblər. Hazırda o, televizora belə baxa bilmir, buna görə bəlli bir müddət məhdudiyyət tətbiq ediblər" , - deyib Əli Bədirov.

Hüquqşünas 17 noyabr tarixində Yeganə Məhərrəmovanın məhkəməsinin gerçəkləşdiyini bildirib və hakim Maya Şoşiaşvili rəhbərliyi ilə onun həbsdə qalıb-qalmayacağı müzakirə olunub.

"Xanım hakim Maya Şoşiaşvili məhkəmədə davam edən müzakirənin yekununda Yeganə Məhərrəmovanın 22 dekabr tarixinə qədər həbsdə qalmasını uyğun görüb. Əlavə edib ki, belə olması daha məqsədə uyğundur, çünki o, sərbəst buraxılsa istintaqın gedişatına maneə olar. Hakim iddia edib ki, güya Yeganə xanım cinayət törətməyi planlaşdırır" , - qeyd edib Əli Bədirov.

O deyib ki, biz məhkəmədə Yeganə Məhərrəmovanın mərhum qızının qəbrini ziyarət etməsini tələb etsək də, hakim buna icazə verməyib.

"Təəssüf ki, hakim Yeganə Məhərrəmovaya qızının qəbrini ziyarət etməsinə icazə vermədi, amma qeyd etdi ki, hələki həbsdə qalsın. Burada hakimin hələki söyləməsi, ümüd vericidir və növbəti məhkəmə 28 dekabra təyin olundu" , - deyən Əli Bədirov əlavə edib ki, hazırda müvəkkilinin günahını sübut edəcək dəlil yoxdur və buna görədə məhkəmə prosesi uzadılır.

ŞƏRH YAZ
11