
Kateqoriyalar
Noyabrın 20-dən noyabrın 22-dək Gürcüstanda yağış, dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə güclü qar fırtınası, qar uçqunu, qərb istiqamətindən güclü küləyin əsəcəyi, dənizdə 4-5 bal fırtına olacağı gözlənilir.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühitin Mühafizəsi Agentliyi xəbərdarlıq edib.
"Gözlənilən yağıntılar Gürcüstanın çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmə və sel sürüşmələrinə səbəb ola və aktivləşə bilər. Gözlənilən güclü qar yağışı, uçqun təhlükəsi, çovğun, görmə qabiliyyətinin pisləşməsi müşahidə olunur. Dağlıq və yüksək dağlıq rayonlarda avtomobil yollarının müəyyən hissələrində avtomobillərin hərəkəti məhdudlaşdırıla bilər”, - bildirilib.