Daha iki magistral yolda bütün növ avtonəqliyyatın hərəkəti qadağan edilib
20.11.2023 12:32
612
Hadisə
A
Daha iki magistral yolda bütün növ avtonəqliyyatın hərəkəti qadağan edilib

Güclü qar yağması ilə əlaqədar Borjomi-Bakuriani-Axalkalaki avtomobil yolunun daxili əhəmiyyətli magistralında bütün növ avtonəqliyyatın hərəkəti qadağan edilib.

Aktual.ge xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamenti məlumat verib.

Bildirilib ki, sözügedən daxili əhəmiyyətli magistral yolun 31-km-dan başlayaraq 63-ə qədər (Andesite-Qadolari) hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Departamendən verilən məlumata görə, qar və uçqun təhlükəsi ilə əlaqədar respublika əhəmiyyətli avtomobil yolunun Cinvali-Barisaxo-Şatili (Kaxmati-Şatili kəndi) 67-km-dən başlayaraq 106-a qədər bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

ŞƏRH YAZ
1