
Kateqoriyalar
“Xanım Salome bir imza ilə övladlarımın atasını qaytara və siyasi tarazlığı bərpa edə bilər”.
Aktual.ge xəbər verir ki, bu sözlərlə Gürcüstan üçünücü Prezidenti Mİxeil Saakaşvili onlayn qoşulduğu məhkəmə iclasında Prezident Salome Zurabişviliyə müraciət edib.
Prezidentdən onu əfv etməsini istəyən Saakaşvili səhhətində heç bir dəyişiklik olmadığını, emosional olaraq güclü olduğunu və hələ də xaricdə müalicəyə ehtiyacı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, “Gürcü Arzusu” bilir ki, Salome Zurabişvili artıq prezident olmayacaq və Tea Tsulukiani gələcəkdə bu vəzifəyə hazırlanır.