Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsində mənfi saldo yaranıb
20.11.2023 17:10
709
İqtisadiyyat
A
Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsində mənfi saldo yaranıb

2023-cü ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi 1 milyard 230,5 milyon ABŞ dollar təşkil edib.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Cari ilin ilk üç rübü ərzində Gürcüstan Azərbaycandan 516,98 milyon dolları dəyərində mal və məhsullar idxal edib. Bu göstərici 2022-ci ilin analoji dövrü ilə eyni olub.

Belə ki, 2022-ci ilin ilk 9 ayı ərzində də Gürcüstanın Azərbaycandan idxalı 516,87 milyon dollar təşkil edib.

Bu il Azərbaycandan idxal Gürcüstanın ümumi idxalının 4,1%-ni təşkil edib.

Cari ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın Azərbaycana ixracı isə illik müqayisədə 31,76% artaraq 713,51 milyon dollara çatıb.

Beləliklə, bu il Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyəsində 196,64 milyon dollarlıq müsbət saldosu olub.

ŞƏRH YAZ
7