Tbilisidə şam ağacının işıqlandırılacağı vaxt açıqlanıb
20.11.2023 20:05
751
Siyasət
A
Tbilisidə şam ağacının işıqlandırılacağı vaxt açıqlanıb

Tbilisinin Rustaveli prospektində, parlament binasının qarşısındakı əsas şam ağacının işıqlandırılması dekabrın 15-nə planlaşdırılır.

Aktual.ge xəbər verir ki,bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.

“Tbilisi 2024-cü ili yeni şam ağacı ilə qarşılayacaq. Yadınızdadırsa keçən il şam ağacına fişəng atıldı və o, alovlandı. Yanğınsöndürənlər yanğını söndürdülər, lakin şam ağacı zərər gördü və biz yeni ağac almalı olduq. Dekabrın 15-də ölkənin əsas şam ağacını işıqlandırmağı planlaşdırırıq. Müvafiq konsert olacaq, bu barədə daha sonra sizə məlumat verəcəyəm”, – deyə Tbilisi meri bildirib.

ŞƏRH YAZ
6