"2024-cü il yanvarın 1-dək fiziki şəxslərin mülkiyyətində olan, tikinti sənədi olmayan torpaq sahəsində yerləşən bina və tikililərə amnistiya tətbiq olunacaq və vətəndaşlar öz mülkiyyətini leqallaşdırmaq imkanı əldə edəcəklər".
Aktual.ge xəbər verir ki, bunu Ədliyyə naziri Rati Breqadze bildirib .
Onun sözlərinə görə, mülkün qeydiyyata alınması üçün vətəndaşlardan iki qonşunun evin 2024-cü il yanvarın 1-dən əvvəl tikildiyinə dair razılığı lazımdır.
"Biz heç bir halda qanunsuzluğu təşviq etmirik. Bu problem bu gün, dünən, hətta 10 il əvvəl yaranmayıb. Bunlar müstəqillik əldə etdikdən sonra mövcud olan problemlər, o cümlədən müstəqillikdən əvvəl mövcud olan problemlərdir. Sovet dövründə fərdi yaşayış evlərinə amnistiya tətbiq olunurdu və bu gün də bizdə, o cümlədən Gürcüstan ərazisində, xüsusən də regionlarda çoxlu fərdi yaşayış evləri var ki, onların tikintisinin sənədləri yoxdur, ona görə də dövlət reystrində qeydiyyata alına bilmir. Bu problem birdəfəlik həll edilməlidir", -deyə nazir bildirib.