Gürcüstan-Azərbaycan hərbi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
24.11.2023 12:08
368
Siyasət
A
Gürcüstan-Azərbaycan hərbi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan Respublikasının müdafiə nazirinin müavinləri Baş direktor Aqil Qurbanov və Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov Gürcüstanda işgüzar səfərdədir.

Aktual ge xəbər verir ki, Tbilisidəki Heydər Əliyev parkına gələn müdafiə nazirinin müavinləri burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıblar.

Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanı ziyarət edilib, Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklil qoyulub.

Səfər çərçivəsində Gürcüstan müdafiə nazirinin müavini Giorgi Xaindrava və Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvili ilə görüş keçirilib.Müdafiə Nazirliyində keçirilən görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.

ŞƏRH YAZ
3