29 noyabr tarixində Marneuli şəhərində “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”-nin təşkilatçılığı ilə əslən Marneulinin Alget (Görarxı) kəndindən olan Rəşid Pəhləvanın (Yusubov) xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə Marneuli Açıq Birinciliyi keçirildi.
Aktual.ge xəbər verir ki, tədbiri giriş sözüylə GAİM-in İcraçı Direktoru Murad Muradov açaraq böyük idman ustası Rəşid Pəhləvanın həyatı və nəaliyyətləri barədə məlumat verdi.
Gürcüstan və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsindən sonra yarışa start verildi.
Yarışda ümumilikdə Gürcüstan və Azərbaycandan olan 7 komanda iştirak edərək, 2 yaş qrupunda, 12 çəki dərəcəsində yarışdılar.
Qeyd edək ki, yarışda komanda hesabında ən çox medal toplayan Gürcüstan Azərbayccanlılarının İnteqrasiya Mərkəzinin komandası 1-ci, Azərbaycan 2-ci, Mtsxeta isə 3-cü oldu.