Kateqoriyalar
Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağan olunub.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti tərəfindən məlumat yayılıb.
Qar və buzla əlaqədar beynəlxalq əhəmiyyətli Mçxeta-Stepancminda-Lars yolunun Qudauri-Kobi hissəsində qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib. Qalan avtomobil vasitələrinin isə hərəkət etməsi sərbəstdir.