Rustavi, Bolnisi, Marneuli və Qardabanidə dekabrın 12-dək gözlənilən hava şəraiti - RƏSMİ
08.12.2023 14:44
1345
Maraqlı
A
Rustavi, Bolnisi, Marneuli və Qardabanidə dekabrın 12-dək gözlənilən hava şəraiti - RƏSMİ

Dekabrın 8-9-da Qərbi Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti davam edəcək. Kolxeti düzənliyi, Yuxarı İmereti və Qara dənizin sahilyanı ərazilərində güclü şərq küləyi əsəcək.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Bildirib ki, dekabrın 10-da yağış, yüksək dağlıq ərazilərdə qar yağacağı, temperaturun aşağı düşəcəyi gözlənilir.

Dekabrın 12-dək Şərqi Gürcüstanda yağışlı hava olacaq. Dekabrın 10-dək Tbilisidə vaxtaşırı yağış yağacağı, havanın temperaturunun gün ərzində +10, +12 dərəcə isti olacağı gözlənilir.

Ölkənin dəniz şəhərləri - Batumi, Kobuleti, Anaklia və Potidı 8-9 dekabrda hava isti, əsasən yağmursuz, küləkli olacaq. Havanın temperaturu gündüz +19, +21 dərəcə isti, dekabrın 10-da isə yağış yağacaq, havanın temperaturu enəcək.

Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Sxinvalidə dekabrın 12-dək yağmurlu hava şəraiti davam edəcək. Havanın temperaturu gündüz +10, +12 dərəcə təşkil edəcək.

Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaroda dekabrın 12-dək yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz 9-11 dərəcə isti təşkil edəcək.

ŞƏRH YAZ
8