Sentyabrın 5-dən Tbilisi-Bakı-Tbilisi hava xəttində müntəzəm uçuşlar həyata keçirən və 70 sərnişin üçün nəzərdə tutulmuş Fransa-İtaliya təyyarəsi ilə sərnişinlərə xidmət göstərən “Georgian Wings” aviaşirkəti, 11 dekabr 2023-cü il tarixindən etibarən 148 sərnişin üçün nəzərdə tutulmuş Boeing 737 təyyarəsi ilə sərnişinlərə xidmət edəcək.
“Aviaşirkət üçün prioritet istiqamətlərdən biri Azərbaycan Respublikasında müntəzəm sərnişin reyslərinin həyata keçirilməsidir. Aviasiya bazarındakı tələbi nəzərə alaraq 'Georgian Wings' şirkəti Tbilisi-Bakı-Tbilisi istiqamətində fəaliyyətini Boeing 737-300 təyyarələri ilə davam etdirmək qərarına gəlib ki, bu da bizə bir reysdə 148 sərnişini hava yolu ile daşımağa imkan verir ve sərnişinə qısa və səmərəli uçuş təklif edir", - Aviaşirkətin İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin rəhbəri Lika Kortoşidze qeyd edib.
Bununla belə Tbilisi-Bakı-Tbilisi uçuşu zamanı “Georgian Wings” sərnişinlərini “Sheraton Grand Tbilisi Metechi Palace” tərəfindən hazırlanmış yeməklər və sərinləşdirici/isti içkilərlə təmin edəcək.
"Georgian Wings" sərnişinlərə təklif edir:
Gürcüstanın daxili və beynəlxalq reysləri;
Rahat uçuş cədvəli;
Tarif seçimi (əl yükü və tam baqaj);
Uçuşda yemək - beynəlxalq uçuşlarda pulsuz sərinləşdirici içkilər və sendviç menyusu;
Təyyarədə dörd ayaqlı dostlar;
Həddindən artıq baqaj (idman ləvazimatları, musiqi alətləri)
Tbilisi-Bakı-Tbilisi istiqamətində uçuşlar hər həftənin bazar ertəsi, çərşənbə, cümə, şənbə və bazar günləri həyata keçirilir.
"Georgian Wings"in daxili və beynəlxalq reysləri üçün aviabiletləri həm aviaşirkətin georgianwings.com rəsmi internet saytından, həm də aviaşirkətin kassalarından və turizm agentliklərindən əldə etmək olar.
Bundan əlavə "Georgian Wings" 2024-cü ildən öz uçuş cədvəlinə daha üç yeni beynəlxalq istiqamət əlavə edir. Aviaşirkət həftədə iki dəfə, hər çərşənbə axşamı və şənbə günləri Tbilisi-Daşkənd-Tbilisi və Tbilisi- Kişinyov-Tbilisi, Tbilisi-Aktau-Tbilisi reysləri isə həftədə iki dəfə, çərşənbə və bazar günləri müntəzəm sərnişin reysləri həyata keçirəcək. "Georgian Wings" bu reyslərdə sərnişinlərə Boeing 737-300 ilə xidmət göstərəcək. Aviaşirkət sərnişinlərə Tbilisidən və Tbilisi Beynəlxalq Hava Limanı vasitəsilə uçuşlar təklif edəcək. Uçuş zamanı daha çox rahatlıq yaratmaq üçün tranzit səyahət üçün tək aviabilet almaq mümkün olacaq.
(R)