Moskvadan Tbilisiyə uçan təyyarə aeroporta eniş edə bilməyib
08.12.2023 17:10
650
Siyasət
A
Moskvadan Tbilisiyə uçan təyyarə aeroporta eniş edə bilməyib

Moskvadan Tbilisiyə uçan “Azimuth” aviaşirkətinə məxsus təyyarə əlverişsiz hava şəraiti səbəbindən paytaxtın beynəlxalq hava limanına enə bilməyib.

 Aktual.ge  xəbər verir ki, bu barədə hava limanından məlumat verilib.

Hazırda Moskva-Tbilisi də daxil olmaqla bütün reyslər Kutaisi Beynəlxalq Hava Limanına yönləndirilib.

Bildirilib ki, Moskva-Tbilisi reysini yerinə yetirən təyyarə artıq Kutaisi hava limanına enib.

Qeyd edək ki, Rusiya bu ilin mayında Gürcüstana birbaşa uçuşlara qoyulan qadağanı ləğv edib. Bu qadağa 2019-cu ildə tətbiq edilib. Mayın 19-da qadağa götürüldükdən sonra ilk uçuşu “Azimuth” təyyarəsi həyata keçirib, mayın 20-də isə “Georgian Airways”in təyyarəsi Moskvaya uçub. İyulun ortalarında isə Rusiyanın “Red Wings” aviaşirkəti uçuşlara başlayıb

ŞƏRH YAZ
8