Kateqoriyalar
Bu ilin iyul-sentyabr aylarında Gürcüstan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyanın 5,2 %-i Azərbaycanın payına düşüb.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.
Məlumata görə, III rübdə Gürcüstana 316 milyon ABŞ dollar sərmayə yatırılıb ki, bunun da 16,4 milyon ABŞ dollarını Azərbaycan sahibkarları həyata keçirib. Azərbaycan bu baxımdan 7-ci yeri tutub.
Rüb ərzində Gürcüstana ən çox ABŞ (51,8 milyon ABŞ dolları), Böyük Britaniya (45,8 milyon ABŞ dolları) və Niderland (45,3 milyon ABŞ dolları) investisiya qoyub.