Tbilisidə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb
08.12.2023 23:40
334
Mədəniyyət
A
Tbilisidə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb

Tbilisidə fenomen şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb.

Aktual.ge xəbər verir ki, AZƏRTAC-ın təşəbbüsü və Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilati dəstəyi ilə keçirilən sərginin açılışında Gürcüstanın dövlət və hökumət üzvləri, parlamentin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Fotosərgidə unudulmaz tarixi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, dünya siyasi liderləri, eləcə də Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze ilə görüşlərini əks etdirən nadir fotoları nümayiş edirilib.

Səfir Faiq Quliyev qonaqlara Ulu Öndərin fəaliyyəti, eləcə də Gürcüstanla bağlı siyasəti, dahi şəxsiyyətin gürcü xalqının nümayəndələri ilə dostluğu barədə ətraflı məlumat verib.

Bildirilib ki, sərgi gənc nəsilə Heydər Əliyev şəxsiyyəti, dühası barədə məlumatların çatdırılmasında mühüm rol oynayır.

Sərgi böyük maraqla qarşılanıb.

ŞƏRH YAZ
3