Tbilisidə Heydər Əliyevə həsr olunmuş “Dostluğun siması” sənədli filmi təqdim olunub
09.12.2023 1. 0:02
373
Mədəniyyət
A
Tbilisidə Heydər Əliyevə həsr olunmuş “Dostluğun siması” sənədli filmi təqdim olunub

Tbilisidə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevə həsr olunmuş və Azərbaycan səfirliyinin dəstəyi ilə çəkilmiş “Dostluğun siması” adlı sənədli filmin təqdimatı olub.

Aktual.ge xəbər verir ki, film fenomen şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edir.

Təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan Xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Türkiyənin Gürcüstan səfirinin birinci katibi Kazım Kartal, AZEBİ-nin sədri Nəriman Qurbanov, Gürcüstanın dövlət və hökumət üzvləri, deputatlar, SOCAR-ın əməkdaşları, yerli siyasətçilər və ictimai xadimlər iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Faiq Quliyev çıxışında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salıb, müasir Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, müstəqilliyimizin bərpasından sonra Azərbaycan-Gürcüstan münasibətlərinin yeni müstəvidə inkişafı da məhz dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Gürcüstana, gürcü xalqına və xüsusən də buradakı soydaşlarımıza xüsusi diqqət və qayğı ilə yanaşıb.

Onun sözlərinə görə, Ümummilli Liderin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Laşa Darsaliya çıxışında deyib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında və möhkəmlənməsində fenomen şəxsiyyət, dahi siyasi xadim Heydər Əliyevin xidmətləri əvəzsizdir. Heydər Əliyevin uzaqgörənliyi nəticəsində ölkələrimiz arasında qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətləri qurulub. Onun siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində isə əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Nazir müavini ölkələrimiz arasındakı qarşılıqlı hörmət və etimada söykənən bu münasibətlərin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu vurğulayıb.

Filmin ssenari müəllifi Şahismayıl Şəmmədoğlu çıxışında filmin ərsəyə gəlməsində göstərdikləri dəstəyə və yardıma görə, Azərbaycan səfirliyinə və "Lelo" partiyasına minnətdarlığını bildirib. O deyib ki, bu günədək Azərbaycan-Gürcüstan münasibətlərinə dair bir neçə film çəkilib. Lakin bu film ölkələrimiz arasındakı əlaqələrin inkişafı və münasibətlərin möhkəmlənməsində xüsusi rolu olan fenomen şəxsiyyət Heydər Əliyevin fəaliyyətindən bəhs edən samballı sənət əsəridir.

ŞƏRH YAZ
5