Prezident Tbilisidəki yürüşə qatıldı və açıqlama verdi
09.12.2023 17:26
646
Siyasət
A
Prezident Tbilisidəki yürüşə qatıldı və açıqlama verdi

Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə Qeyri-hökumət təşkilatları tərəfindən Avropaya inteqrasiya məqsədi ilə keçirilən yürüşə qatılıb.

Aktual.ge xəbər verir ki, Dövlət başçısı burada jurnalistlərə açıqlama verib və Avropa Şurasının dekabrın 15-də Gürcüstanın namizəd statusu alıb-almayacağı ilə bağlı yekun qərarı verəcəyini bildirib.

"Avropa insanların böyük əhəmiyyət kəsb etdiyi məkandır və ümid edirəm ki, dekabrın 15-də biz Avropa İttifaqına namizəd statusunu qeyd etmək imkanımız olacaq. Artıq Avropa Komissiyası da öz fikrini bildirib. İndi biz Avropa Şurasının qərarını gözləyirik" , - Salome Zurabişvili əlavə edib.

ŞƏRH YAZ
1