Gürcüstanı qorxudan meşə yanğını davam edir
08.07.2020 11:31
972
Hadisə
A
Gürcüstanı qorxudan meşə yanğını davam edir
Gürcüstanın Sameqrelo-Zemo Svaneti rayonunda baş verən meşə yanğını davam edir. Aktual.ge xəbər verir ki, Xaişi kəndi yaxınlığında dağlıq ərazidə başlayan yanğının söndürülməsi işləri dörd gündür ki, davam etdirilir. Yanğınsöndürmə işlərində 4 helikopter, 200 yanğınsöndürən və 10 xilasetmə qrupu iştirak edir. Əraziyə Tbilisi, Kvemo Kartli, Acarıstan və İmeretidən əlavə canlı qüvvə cəlb edilib. Ərazidəki 4 aktiv yanğın ocağından 3-nün lokallaşdırıldığı bildirilir.
ŞƏRH YAZ
2