Novruz Çərşənbələrinin vaxtı məlum oldu: Bu tarixlərdə bayramdır
12.02.2024 00:46
784
Mədəniyyət
A
Novruz Çərşənbələrinin vaxtı məlum oldu: Bu tarixlərdə bayramdır

Bu il Novruz çərşənbələri fevral ayından başlayacaq.

Aktual.ge məlumat verir ki, bu il Novruz bayramının ilk çərşənbəsi olan - Su çərşənbəsi fevralın 27-si tarixinə təsadüf edəcək.

Belə ki, növbəti Od çərşənbəsi martın 5-i, Martın 12-də Yel çərşənbəsi, Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 19-na təsadüf edəcək.

Məlumat üçün bildirək ki, Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər.

ŞƏRH YAZ
1