12.02.2024 15:41
940
Siyasət
A
"Salome Zurabişvilinin cənab Əliyevi qələbə münasibətilə təbrik etməməsi dövlətimizə ziyan vurur"

"Gürcüstan prezidentinin bu ana qədər susması, cənab İlham Əliyevi qələbə münasibətilə təbrik etməkdən çəkinməsi dövlətimizə ziyan vurur".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Mədəniyyət və İdman naziri Tea Tsulukiani deyib.

7 Fevral Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyevi ölkə başçısı seçilməsi münasibətilə Gürcüstan prezidentinin təbrik etməməsini sərt tənqid edən nazir deyib:

"Hər kəsə və prezidentimizə xatırlatmaq istərdik ki, son illər regionda geosiyasi və təhlükəsizlik riskləri artıb və hazırda Gürcüstan hökuməti bu risklərin sığortalanmasına diqqət yetirir.

Salome Zurabişvili bu fonda Ali Baş Komandan olan prezident İlham Əliyevi, qonşu tərəfdaşımız, dost dövlət başçısını seçkilərdəki qələbəsi münasibətilə təbrik etməkdən çəkinir. Salome Zurabişvili rəhbərlərinin tapşırıqlarını yerinə yetirməyə davam edir”, - Tea Tsulukiani bildirib.

O, həmçinin Zurabişvilinin seçkilərin yekun nəticələrinin açıqlanmasından əvvəl Emmanuel Makronu prezident olması münasibətilə təbrik etdiyini xatırladıb və bildirib ki, İlham Əliyevin qələbəsinin hələ də yekun olaraq təsdiqlənməməsinin səbəbini onun susmasına haqq qazandıran arqument kimi göstərmək olmaz.

"Onun bir prezident kimi məqsədi ölkəmizin təhlükələrini qabaqcadan sığortalamaq, ən yaxşı qonşularla, o cümlədən Azərbaycanla mümkün qədər dostluq və tərəfdaşlıq münasibətləri qurmaq olmalıdır, ancaq görünən odur ki, onun məqsədi bu ölkədə daha çox riskə sahib olmaq, iqtisadi təhlükələri artırmaq və s-dir. Ən azı bir nümunəni xatırlayırıq ki, xanım Salome seçkilərin nəticələrinin rəsmi təsdiqindən əvvəl Makronu təbrik etdi, bu təbii ki, müsbət idi." , - Tea Tsulukiani söyləyib.

ŞƏRH YAZ
2