Şəxsi həyat sirrini pozan və cinsi əlaqəyə məcbur edən 46 yaşlı kişi saxlanılıb
12.02.2024 20:35
454
Siyasət
A
Şəxsi həyat sirrini pozan və cinsi əlaqəyə məcbur edən 46 yaşlı kişi saxlanılıb

Xüsusi İstintaq Xidmətinin əməkdaşları şəxsi həyat sirrinin pozulması faktı üzrə 1978-ci il təvəllüdlü şəxsi saxlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən şəxs zərərçəkmiş qadından əlaqəni bərpa etməyi tələb edib, əks halda onların cinsi əlaqədə olduqlarını əks etdirən gizli lentə alınmış görüntüləri yayacağı ilə hədələyib.

"Xüsusi İstintaq Xidmətinin əməkdaşları tərəfindən şəxsi həyat sirrini pozduğuna görə 1978-ci il təvəllüdlü şəxs saxlanılıb. İstintaq zamanı məlum olub ki, təqsirləndirilən şəxs 2023-cü ildə evli qadınla mehmanxanada cinsi əlaqə zamanı mobil telefonla gizli şəkildə video çəkib.

Münasibətə xitam verildikdən sonra, 2024-cü ilin yanvar ayında təqsirləndirilən şəxs zərərçəkmiş qadından əlaqəni bərpa etməyi tələb edib, əks halda cinsi əlaqə zamanı gizli çəkilmiş görüntüləri qohumları arasında yayacağı ilə hədələyib.

Bundan əlavə, təqsirləndirilən şəxs gecə saatlarında zərərçəkmişin yaşadığı ünvana gedərək, uşaqlar və digər ailə üzvləri evdə olarkən evə daxil olmağa cəhd edib"-deyə məlumatda bildirilir.

Məlumata görə, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

ŞƏRH YAZ
0