Xüsusi İstintaq Xidməti şəxsi həyat sirrinin pozulması faktı üzrə 1978-ci il təvəllüdlü kişini həbs edib.
Aktual.ge xəbər verir ki, bu barədə sözügedən agentlik məlumat verib.
Təqsirləndirilən şəxs zərərçəkmiş qadından əlaqəni bərpa etməyi xahiş edib, əks halda onların cinsi əlaqədə olduqlarını əks etdirən gizli lentə alınmış görüntüləri qohumları arasında yayacağı ilə hədələyib. Hadisənin tam harada baş verdiyi bildirilməsə də, Qərbi Gürcüstanda olduğu məlum olub.
“İşin istintaqı zamanı məlum olub ki, təqsirləndirilən şəxs 2023-cü ildə evli qadınla mehmanxanada cinsi əlaqə zamanı mobil telefonla gizli şəkildə videoya çəkib. Münasibətə xitam verildikdən sonra, 2024-cü ilin yanvarında təqsirləndirilən şəxs zərərçəkmiş qadından əlaqəni bərpa etməyi xahiş edib, əks halda onların cinsi əlaqənin gizli çəkilmiş görüntülərini qohumları arasında yayacağı ilə hədələyib. Bundan başqa, təqsirləndirilən şəxs gecə saatlarında zərərçəkmişin yaşadığı ünvana gələrək, uşaqlar və digər ailə üzvləri evdə olarkən evə daxil olmağa cəhd edib.
Xüsusi İstintaq Xidmətinin Qərbi Gürcüstan Şöbəsi zərərçəkmiş qadınla əlaqə saxladıqdan sonra təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirib, bundan sonra təqsirləndirilən şəxs həbs edilib. Onun şəxsi axtarışı zamanı onun mobil telefonunda intim məzmunu əks etdirən videomaterial aşkar edilib”, - deyə məlumatda bildirilir.
Verilən məlumata görə, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.