Azərbaycan MN: Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
13.02.2024 10:26
134
Siyasət
A
Azərbaycan MN: Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

ŞƏRH YAZ
4