Xüsusilə külli miqdarda vergidən qəsdən yayınma faktı üzrə bir nəfər saxlanılıb
13.02.2024 12:03
206
Siyasət
A
Xüsusilə külli miqdarda vergidən qəsdən yayınma faktı üzrə bir nəfər saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq tədbirləri nəticəsində xüsusilə külli miqdarda vergidən qəsdən yayınma faktı üzrə bir nəfər saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.

Məlumata görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxs faktiki rəhbəri olduğu şirkətləri müxtəlif şəxslərin adına qeydiyyata alıb. Təqsirləndirilən şəxs qanunsuz maddi gəlir əldə etmək məqsədilə 2021-2022-ci illər ərzində adıçəkilən şirkətlərin adından sahibkarlıq fəaliyyəti həyata keçirərkən vergi qanunvericiliyini pozaraq gəlirlərini sistematik olaraq düzgün bəyan etməyib, bu yolla dövlət büdcəsinə ümumilikdə 3 milyon 223 min 841 lari ödəməkdən yayınıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 218-ci maddəsinin 2-ci hissəsi ilə aparılır.

ŞƏRH YAZ
3