2023-cü ildə Gürcüstana 7 072 220 beynəlxalq səyahətçi səfər edib.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Turizm Administrasiyası məlumat yayıb.
Məlumata görə, 2022-ci illə müqayisədə ötən il artım 30,3 faiz təşkil edib.
Rəsmi məlumatlara görə, ilk 15 ölkənin siyahısı belədir:
Rusiya - 1 418 464
Türkiyə - 1 396 660
Ermənistan - 962 540
İsrail - 217 065
Azərbaycan - 199 835
Qazaxıstan - 167 492
Ukrayna - 146 931
Belarus - 130 203
İran - 126 282
Polşa - 91 210
Hindistan - 84 688
Səudiyyə Ərəbistanı - 72 953
Almaniya - 68 824
Özbəkistan - 52 088
Çin - 48 304
Qeyd edək ki, 2023-cü il ərzində Gürcüstan beynəlxalq turizmdən 4,1 milyard dollar gəlir əldə edib ki, bu da Milli Turizm Administrasiyasının iddia etdiyi kimi, rekord göstəricidir. 2023-cü ildə əldə edilən gəlirlər 2019-cu ilin səviyyəsini 26,2% üstələyib.