Nəqliyyat vasitələrindən çıxan zərərli qazlara görə 5 ayda 3 533 sürücü cərimələnib
13.02.2024 14:57
243
Siyasət
A
Nəqliyyat vasitələrindən çıxan zərərli qazlara görə 5 ayda 3 533 sürücü cərimələnib

4 sentyabr 2023-cü il tarixindən Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları Gürcüstanın 4 böyük şəhərində - Tbilisi, Rustavi, Kutaisi və Batumidə avtonəqliyyat vasitələrinin emissiyalarına nəzarət həyata keçirilir.

Aktual.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamenti məlumat yayıb.

Məlumata görə, qanunun qüvvəyə mindiyi gündən indiyədək idarənin səyyar briqadaları tərəfindən avtonəqliyyat vasitələrindən atmosferə atılan tullantıların miqdarının müəyyən edilmiş normalarına əməl etmədiklərinə görə ümumilikdə 3 533 hüquqi və fiziki şəxs cərimələnib.

Qeyd edək ki, ən çox 1 614cərimə Tbilisidə hərəkət edən sürücülərin/nəqliyyat vasitələrinin sahiblərinin adına yazılıb, Kutaisidə 769, Batumidə 646, Rustavidə 504 qayda pozuntusu qeydə alınıb. 3 533 cərimə qəbzindən 3030 qəbz fiziki şəxsin adına yazılıb. Ekoloji nəzarət şöbəsinin əməkdaşları tərəfindən 530 halda hüquqi şəxslər cərimələnib.

Fiziki şəxs tərəfindən nəqliyyat vasitələrinin tullantılarına dair qanunvericiliklə müəyyən edilmiş normalara əməl edilməməsinə görə cərimənin məbləği birinci dəfə 100 lari, ikinci dəfə 300 lari, üçüncü dəfə isə 600 laridir. Hüquqi şəxs üçün cərimə 500, 1500 və 3000 lari təşkil edir. Cərimə 10 gün ərzində ödənilərsə, cərimənin məbləği 20% azalacaq.

Vətəndaşlar cərimələr barədə məlumatı Ekoloji Nəzarət Departamentinin www.des.gov.ge saytlarında yoxlaya bilərlər. Cəriməni Daxili İşlər Nazirliyinin www.videos.police.ge saytı vasitəsilə ödəmək mümkündür.

ŞƏRH YAZ
7