Kriminal avtoritet Polad Ömərov ekstrasiya edildi - FOTO
22.02.2024 19:02
1829
Kriminal
A
Kriminal avtoritet Polad Ömərov ekstrasiya edildi - FOTO

Kriminal avtoritet Polad Ömərov Amerika Birləşmiş Ştatlarına ekstradisiya edilib.

Aktual.ge xəbər verir ki, bu barədə Azadlıq Radiosunun Avropa bürosu məlumat yayıb.

Qeyd edək ki, 2022-ci ildə Vaşinqton Gürcüstan vətəndaşı, Dmanisi sakini Polad Ömərovu və daha iki nəfəri ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejada sui-qəsddə ittiham etmişdi.

Beynəlxlaq axtarışa verilən P.Ömərov 2023-cü ilin yanvarında Çex Respublikasında order əsasında həbs edilib.

Çex Respublikasının ədliyyə naziri 2023-cü ilin iyul ayında Polad Ömərovun ABŞ-yə ekstradisiyası haqqında qərar imzalamışdı.

ŞƏRH YAZ
5