Xəbər verdiyimiz kimi, gənc oğlan atasını öldürüb.
Aktual.ge xəbər verir ki, hadisə Tbilisinin Qldani rayonunda baş verib.
Mövcud məlumata görə, 28 yaşlı oğlan 12 yaşlı qardaşının gözünün qarşısında atasını bıçaqlayaraq öldürüb. Atasını qətlə yetirdikdən sonra evdən ayrılan gənc bir müddət sonra mənzilə geri qayıdıb və polisin gəlməsini gözləyib. Qonşuların sözlərinə görə, cinayətin şahidi olan 12 yaşlı uşaq 112-yə zəng edib və hadisə barədə polisə məlumat verib.
Bundan sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, təcili tibbi yardım briqadası yaralını klinikaya çatdırsa da, onu xilas etmək mümkün olmayıb. Çox güman ki, boğazından bıçaqlanan ata qanaxmadan ölüb. Yerli sakinlər qətlə səbəb kimi 28 yaşlı gəncin ağır psixoloji vəziyyətini və ata-oğul arasında münaqişənin tez-tez baş verdiyini söyləyirlər.
Hadisə yerində araşdırmalar davam edir və məhkəmə-tibb ekspertləri hələ də istintaq aparırlar.