23.02.2024 15:42
550
Siyasət
A
"Biz Bidzina İvanişvilinin fikirlərini gözləyəcəyik" - Kobaxidze

"Bu Bidzina İvanişvilinin seçki kampaniyası prosesində özünü necə görməsindən asılı olacaq. Biz onun fikirlərini gözləyəcəyik".

Aktual.ge xəbər verir ki, bu sözlərlə Baş nazir İrakli Kobaxidze jurnalistlərə “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin seçki proseslərinə necə cəlb olunacağı ilə bağlı sualını cavablandırıb.

Hökumət başçısı bildirib ki, Bidzina İvanişvili ilə onun arasında seçki kampaniyasının planlaşdırılması ilə bağlı söhbət hələ baş tutmayıb.

“Cənab Bidzina İvanişvilinin seçki prosesində iştirakına gəlincə bu, ondan, onun baxışından asılıdır. Hələlik biz seçki kampaniyasının planlaşdırılmasının xüsusiyyətləri barədə danışmamışıq. Təbii ki, toplantılarımız olacaq, seçki kampaniyası planlaşdırılacaq. Bir daha təkrar edirəm, ilk növbədə seçki kampaniyasında özünü necə görəcəyi ondan asılı olacaq. Onun fikirlərini gözləyəcəyik”, - deyə İrakli Kobaxidze qeyd edib.

ŞƏRH YAZ
13