Kateqoriyalar
Gürcüstanın Baş naziri İrakli Kobaxidze heç bir hökumət dəyişikliyinin planlaşdırılmadığını bildirib.
Aktual.ge xəbər verir ki, Kobaxidzeyə xarici işlər nazirinin dəyişdirilə biləcəyi haqqında yayılan məlumatı necə şərh edəcəyinə dair sual ünvanlanıb.
“Heç bir hökumət dəyişikliyi olmayacaq. İlia Darçiaşvili nümayəndə heyətində təmsil olunub və səfər çərçivəsində Gürcüstanın maraqlarını çox gözəl təmsil edib. Mən ona bir daha təşəkkür etmək istəyirəm. Hökumətdə heç bir dəyişiklik nəzərdə tutulmur, planda belə bir şey yoxdur. Hökumət dəyişikliyi ilə bağlı heç bir məsləhətləşmə aparılmır, bunu tam məsuliyyətimlə deyirəm. Bu, sizə olduqca aydın şəkildə deyə biləcəyim bir məsələdir”- Kobaxidze deyib.