Türkiyədə neft quyusunda partlayış olub, ölən və yaralanan var
23.02.2024 17:07
312
Siyasət
A
Türkiyədə neft quyusunda partlayış olub, ölən və yaralanan var

Türkiyənin Diyarbakır şəhərində neft quyusunda partlayış olub.

Aktual.ge “HaberGlobal”a istinadən xəbər verir ki, hadisə qazma işləri zamanı baş verib.

Nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Partlayışa səbəb kimi həddən artıq qaz yığılması göstərilir.

Məlumata görə, partlayış zamanı həlak olan İhsan Tunarın ailəsi hadisə yerinə gələrkən avtomobil qəzasına düşüb. Nəticədə daha 3 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı araşdırma başladılıb.

ŞƏRH YAZ
11