
Xüsusi İstintaq Xidmətinin əməkdaşları, şəxsi həyat sirrinin pozulması faktı üzrə 1995-ci il təvəllüdlü Nigeriya vətəndaşını saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat yayıb.
İstintaq zamanı müəyyən olunub ki, Tbilisidə yaşayan zərərçəkmiş qız tanışlıq saytı vasitəsilə Nigeriya vətəndaşı ilə yaxınlıq edib və intim münasibət qurub, bu zaman Nigeriyalı şəxs gizlincə onun çılpaq bədənini əks etdirən foto-video materialı çəkib.
Gürcü qızla münasibəti kəsildikdən sonra Nigeriya vətəndaşı zərərçəkmişdən əlaqəni bərpa etməyi tələb edib, əks halda onların cinsi əlaqəsinin gizli lentə alınmış görüntülərini yayacağı ilə hədələyib. 2022-ci ilin sentyabrında müttəhim qisas almaq üçün yuxarıdakı videonu qurbanın ailə üzvünə göndərib.
Cinayətdə ifşa olunan Nigeriya vətəndaşının Tbilisidəki evində müstəntiq tərəfindən axtarış aparılıb, təqsirləndirilən şəxsin üzərində də şəxsi axtarış aparılıb, bu zaman zərərçəkmiş qadının intim məzmunlu foto-video materialı götürülüb, sonra təqsirləndirilən şəxs saxlanılıb.
Cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır