Bu gün, 23 fevral Tbilisidəki Cümə Məscidində Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Aktual.ge xəbər verir ki, Məsciddə Xocalı faciəsi qurbanlarının ruhuna dualar oxunub.
Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov xütbə oxuduqdan sonra cümə namazı qılınıb.
Mərasimdə yerli sakinlərlə yanaşı Türkiyə, Pakistan, İran, Əfqanıstan, Hindistan, Malayziya, Qazaxıstan, Rusiya, Özbəkistan, Banqladeş və digər ölkələrdən minə yaxın şəxs iştirak edib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları və Məscidin imamları Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdən olan tələbələrə məlumat veriblər.
Qeyd edək ki, Gürcüstanın müxtəlif bölgələrində Azərbaycanın Tbilisidəki səfirliyinin dəstəyi və təşkilatçılığı ilə anım mərasimləri keçirilir.