Madriddə 16 yaşlı yeniyetmə 23 yaşlı Gürcüstan vətəndaşını bıçaqalayıb.
Aktual.ge xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə fevralın 22-də axşam saatlarında Villaverde rayonunda baş verib. Belə ki, supermarketlərin birində iki yeniyetmə Gürcüstan vətəndaşını şüşə ilə hədələyib, daha sonra isə onlardan biri bıçaqlayıb. Qarşıdurmanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, həkimlər yaralını şok vəziyyətində və çoxlu qanaxma vəziyyətində tapıblar. Ona təcili tibbi yardım göstərildikdən sonra, xəstəxanaya çatdırılıb. Vəziyyəti qənaətbəxşdir.
Saxlanılan 16 yaşlı yeniyetmə yerli polis tərəfindən şəhər prokurorluğunun yetkinlik yaşına çatmayanlarla iş şöbəsinə təhvil verilib.