Baş nazir Türkiyə səfiri ilə görüşüb
23.02.2024 23:34
386
Siyasət
A
Baş nazir Türkiyə səfiri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay ilə görüşüb.

Bu barədə Aktual.ge xəbər portalına Hökumət Administrasiyasının Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında mövcud strateji tərəfdaşlıq və əməkdaşlığın inkişaf perspektivlərinə dair müzakirələr aparılıb. İqtisadi əməkdaşlıq məsələlərinə, o cümlədən Gürcüstan və Türkiyənin regional geostrateji layihələrdə fəal əməkdaşlığına diqqət yetirilib.

Qeyd olunub ki, mövcud regional layihələr iki ölkə arasında səmərəli və etibarlı tərəfdaşlığın bariz nümunəsidir.

Baş nazir və Türkiyənin Gürcüstan səfiri ilə regiondakı vəziyyəti də müzakirə ediblər.

Regionun gələcək inkişafı və uzunmüddətli çiçəklənməsini təmin etmək üçün sülh və sabitliyin vacibliyi vurğulanıb.

Qeyd olunub ki, Türkiyə Gürcüstanın suverenliyini və ərazi bütövlüyünə güclü dəstəyini bildirib.

ŞƏRH YAZ
7