
Marneuli Bələdiyyəsinin kəndlərindən birində gənc oğlanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Aktual.ge xəbər verir ki, hadisə 23 fevral təxminən saat 23:00 radələrində qeydə alınıb.
Əldə edilən məlumata görə, yüksək sürətlə hərəkətdə olan "Prius" markalı avtomobil aşaraq su kanalına düşüb. Minik avtomobilin daxilində sürücüdən başqa daha bir neçə nəfər olub. Onlar toydan çıxıb evə qayıdırlarmış. İddia olunur ki, sürücü və avtomobildə olanların hamısı içkili vəziyyətdə olub. Yaralı şəxslərin vəziyyətinin stabil olduğu, birinin isə ayaqının qırıldığı öyrənilib.
Aşaraq su kanalına düşən minik avtomobilin daxilində olanları ətraf sakinlər çıxarıb. Ağır vəziyyətdə olan sürücünü klinikaya aparəlarkən, yolda həyata gözlərini yumub.
Faktla bağlı araşdırma aparılır.