Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Xocalı faciəsinin qurbanları anılıb - FOTO
24.02.2024 17:52
294
Mədəniyyət
A
Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Xocalı faciəsinin qurbanları anılıb - FOTO

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində məktəb şagirdləri, tələbələr və bələdiyyə ictimaiyyətinin iştirakı ilə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Aktual.ge məlumat verir ki, öncə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin direktoru Çiçək Hüseynova Ermənistanın apardığı məkrli siyasətdən bəhs edib, Xocalı soyqırımının ermənilərin tarixən xalqımıza qarşı apardığı etnik təmizləmə və işğal siyasətinin tərkib hissəsi olmasını diqqətə çatdırıb.

Çıxış edənlər Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı, eyni zamanda, əsrlər boyu keçdiyi mübarizə və azadlıq yolu olduğunu deyib. Natiqlər vurğulayıb ki, Vətən müharibəsində Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan ərazilər azadlığa qovuşub.

Sonda Ali Baş Komandan Prezident cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərlərini və Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldılmasını əks etdirən video-çarx nümayiş etdirilib. Xocalı faciəsinə həsr olunmuş tədbirdə həmçinin "İşgəncələr məbədi" - Şuşa həbsxanası filmi də nümayiş olunub.

ŞƏRH YAZ
1