
Kateqoriyalar
ABŞ Avropaya gedən yolda Gürcüstanın yanındadır.
Aktual.ge xəbər verir ki, bu ABŞ-ın Gürcüstan səfirliyinin Sovet işğalı günü ilə bağlı verdiyi bəyanatda deyilir.
"Bu faciəli gündə sovet işğalının qurbanı olanları yad edirik. Gürcü xalqının azadlıq və müstəqillik eşqi bizi təsirləndirir. Gürcüstanın Avropaya gedən yolunda ABŞ sizin yanınızdadır", - bəyanatda deyilir.
Xatırladaq ki, Gürcüstan parlamentinin 21 iyul 2010-cu il tarixli qərarına əsasən, 25 fevral Sovet İttifaqının işğalı günü elan edilib. Hər il fevralın 25-də işğal qurbanlarının şərəfinə dövlət qurumlarının binalarında dövlət bayraqları endirilir.