
Bu gün, Şaban ayının 15-i, 12-ci imam - Həzrəti Mehdinin (ə.f) mövlud günüdür.
Aktual.ge məlumat verir ki, İmam Mehdi (ə) hicri-qəməri təqvimi ilə 255-ci ilin Şaban ayının 15-də, (miladi tarixi ilə 868-ci ildə) Samirə şəhərində müsəlmanların 11-ci imamı Həsən Əsgərinin (ə) ailəsində anadan olub. 12-ci imamın adı Məhəmməd olsa da, o daha çox Mehdi və Sahibəzzaman ləqəbləri ilə məşhurdur.
Atası şəhadətə çatdıqda o, həzrətin beş yaşı olmasına baxmayaraq, cənazə namazını məhz o qılıb. Bundan sonra isə 12-ci imamın qeyb dövrü başlayıb.
Allahın çoxsaylı möcüzələrindən biri də İmam Mehdinin (ə) günümüzə qədər ömür sürməsidir. Onun daha neçə il gözlərdən uzaq yaşayacağı, nə vaxt Allahın Quranda buyurduğu vədə yerinə yetəcəyi və onun zühuru baş verəcəyi bəlli deyil. Bəziləri bunun çox tez, bəziləri isə gec olacağını bildirir. Lakin bu Allah dərgahında olan bir sirridir. Həmən Allah ki, zamanın və məkanın fövqündədir. Aləmləri, bütün varlıqları yaradan Allahın vədəsi isə mütləq yerinə yetəcək.
“Xilaskar fəlsəfəsi” bütün səmavi dinlərdə mövcuddur. Lakin İslam bir din olaraq kamil surətdə Allah tərəfində nazil edildiyi kimi, İslamdakı “Xilaskar fəlsəfəsi” də kamil və dürüstdür.