Kateqoriyalar
Müxalif "Lelo" partiyasının lideri Mamuka Xazaradze partiyanın Kvemo Kartli nümayəndəsi Agil Mustafayev ilə Bolnisi Bələdiyyəsində yerli əhali ilə görüş keçiriblər.
Aktual.ge xəbər verir ki, siyasətçilər Faxralı və Arıxlı kəndlərindəki kiçik sahibkarla və kənd təsərrüfatı ilə məşğul olan yerli sakinlərlə görüşüblər və onların problemlərini, eləcə də tələblərini dinləyiblər.
Mamuka Xazaradze Bolnisi sakinlərinə ölkədəki siyasi vəziyyəti izah edib və hökumətin onların qayğısına qalmadığını ifadə edib. O, partiyalarının platformaları haqqında məlumat verib və "Lelo"nun Kvemo Kartli təmsilçisi Aqil Mustafayevi təqdim edib.