Giorgi Qaxaria:
17.10.2020 13:13
690
Siyasət
A
Giorgi Qaxaria: "Tibbi maskalardan istifadə etmək, sosial məsafəni qorumaq vətənpərvərlik sayılır"
"Hamı başa düşməlidir ki, bu gün ibtidai qaydalara riayət etmək, tibbi maskalardan istifadə etmək, sosial məsafəni qorumaq vətənpərvərlik sayılır, ölkəmizə inkişaf etmə fürsəti verir və bu inkişafda heç bir gecikmə olmamalıdır". Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Giorgi Qaxaria Sameqreloda "Gürcü Arzusu"nun majoritar namizədi Alexander Moçerelianın təqdimatı zamanı deyib. Təqdimat zamanı G.Qaxaria əhalini bir daha pandemiya səbəbindən qaydalara tam riayət etməyə, seçki kampaniyası zamanı sosial məsafəni qorumağa və eyni zamanda tibbi maskalardan istifadə etməyə çağırıb. “Sabahdan bəhs edərkən hamımız başa düşməliyik ki, birgə işləməyimiz pandemiyanı məğlub etməmizə, iqtisadi böhrandan çıxacağımıza və ölkəmizi uğurla qurmağa davam etməmizə təminatdır. Unutmayın ki, pandemiyaya baxmayaraq, son bir ildə sistem infrastrukturu üzərində iş dayanmayıb və bir dəqiqə də dayanmayacaq. Qlobal və dünya miqyasında rekord sayda infeksiya gördüyümüz halda, bir məsuliyyət daşımalı və anlayırıq ki, bir seçki kampaniyasında belə bir yerə toplandığımızda, bir öhdəlik götürməliyik, çünki bu, yaşlılarımız, ailə üzvlərimiz, vətəndaşlarımız üçün və ən əsası bu, ölkəmizin gələcək inkişafı üçün bir məsuliyyətdir. Vətəndaşlarımızın dəstəyinə əminik, bu gün əsas vəzifəmiz qaydalara hamılıqla əməl etmək, ədalətli, ləyaqətli bir mübarizədə qalib gəlməkdir ki, heç kimin qələbəmizə kiçik bir kölgə salmasına icazə verilməsin. Hamı başa düşməlidir ki, bu gün ibtidai qaydalara riayət etmək, tibbi maskalardan itifadə etmək, sosial məsafəni qorumaq vətənpərvərlik sayılır, ölkəmizə inkişaf etmə fürsəti verir və bu inkişafda heç bir gecikmə olmamalıdır. Əminəm və inanıram ki, hamımız birlikdə qalib gələcəyik, amma ən əsası ədalətli bir mübarizədə qazanıb ləyaqətlə qalib gələcəyik! Hər birinizə qələbə arzulayıram! ”,- deyə G.Qaxaria vurğulayıb.
ŞƏRH YAZ
5